Dünya çempionatına 16 cüdoçu ilə
Yaponiyanın paytaxtı Tokio şəhərində keçiriləcək dünya çempionatında Azərbaycanı 16 cüdoçu təmsil edəcək.
Komanda.az xəbər verir ki, həm kişilər, həm də qadınlardan ibarət cüdo millimizin üzvləri 8 gün ərzində medallar uğrunda mübarizə aparacaqlar.
Cüdo üzrə dünya çempionatına avqustun 25-də start veriləcək. 7 gün baş tutacaq fərdi mübarizələrdən sonra sentyabrın 1-də qarışıq komanda yarışı keçiriləcək. Ölkəmiz mundialda 9 kişi və 7 qadın cüdoçu ilə təmsil olunacaq.
Olimpiya Oyunları qabağı son dünya çempionatında Azərbaycanın idman şərəfini qoruyacaq cüdoçular bunlardı: Aişə Qurbanlı, Leyla Əliyeva (hər ikisi 48 kq), Gültac Məmmədəliyeva, Aleksandra-Larisa Florian (hər ikisi 52 kq), Munxtsedev İçinxorloo (57 kq), Günel Həsənli (70 kq), Irina Kindzerska (+78 kq), Davud Məmmədsoy (60 kq), Nicat Şıxəlizadə (66 kq), Rüstəm Orucov, Hidayət Heydərov (hər ikisi 73 kq), Murad Fətiyev (81 kq), Məmmədəli Mehdiyev (90 kq), Elmar Qasımov, Zelim Kotsoyev (hər ikisi 100 kq), Uşangi Kokauri (+100 kq).
Bizi Facebook-da izləyin