“Çempionatın ən yaxşı heyətinə sahibik” – Enrike

PSJ-nin baş məşqçisi Luis Enrike komandasının hazırkı heyətini dəyərləndirib.

Komanda.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, ispaniyalı mütəxəssis komandasının yüksək səviyyəyə malik olduğunu bildirib:

“Məncə, çempionatın ən yaxşı heyətinə sahibik. Yeganə məqam odur ki, oyunçu hər dəfə zədə alanda, oynaya bilməyəcəyi üçün kədərlənir. Amma bizim heyət çox böyükdür və çox yüksək səviyyəyə malikdir”.

Liqa 1-in 12 turundan sonra Enrikenin komandası 27 xal toplayıb və hazırda turnir cədvəlində birinci yerdədir. Noyabrın 24-də PSJ “Monako” ilə qarşılaşacaq. Görüş saat 00:00-da start götürəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button