
“Çempionatın sonuna qədər…” – Azər Məmmədov
“Kəpəz”in baş məşqçisi Azər Məmmədov Premyer Liqanın 8-ci turunun “Qəbələ” ilə oyunundan sonra fikirlərini bölüşüb.
Komanda.az xəbər verir ki, o, 0:1 hesabıyla uduzduqları matçı belə şərh edib:
“Danışılası çox şey yoxdur. Səbəb odur ki, evdə məğlubiyyət seriyası davam edir. Təəssüflər olsun ki, artıq 4 matçdır Gəncədə uduzuruq. Açığını desəm, bu görüşə çox yaxşı hazırlaşmışdıq. Uşaqlar əllərindən gələni etdilər ki, məğlub olmayaq. Sadəcə, olmayanda olmur. Bizim üçün 6 xallıq oyun idi. Çalışırdıq ki, ən azından “Qəbələ”yə uduzmayaq. Çempionat davam edir. Futbolçulara güvənirəm. Çempionatın sonuna qədər də bu komanda ilə elitada qalmağa səy göstərəcəyik”.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin