“Mövsümün ilk yarısını yaxşı keçirdik” – Alleqri

“Yuventus”un baş məşqçisi Massimiliano Alleqri “Sassuolo” ilə oyundan gözləntilərini bölüşüb.

Komanda.az “Football İtalia”-ya istinadən xəbər verir ki, italiyalı mütəxəssis mövsümün ilk yarısında yaxşı çıxış etdiklərini bildirib:

“Mövsümün ilk yarısını yaxşı keçirdik. Amma çempionatın ikinci yarısına başlamaq vacibdir və yaxşıdır. Əslində hər şey sıfırdan başlayır. Oyunçuların daim öyrənmək və inkişaf etmək arzusu ilə meydana çıxması xoşuma gəlir”.

“Yuventus” A Seriyasında 19 turdan sonra 46 xalla turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button