
Çempionatın iki oyunu matəm günü ilə əlaqədar təxirə düşdü
Azərbaycan Basketbol Liqasında 9-cu turun sabah keçirilməli olan “Şəki” – “Gəncə” və “Sumqayıt” – “Quba” oyunları matəm günü ilə bağlı təxirə salınıb.
Komanda.az xəbər verir ki, bu barədə Basketbol Federasiyasının məbuat xidməti məlumat yayıb.
2025-ci ildə keçirilməsi planlaşdırılan qarşılaşmaların dəqiq tarixləri sonra açıqlanacaq.
AZAL-a məxsus Bakı-Qroznı reysini yerinə yetirən təyyarə Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarədə ekipaj üzvləri ilə birlikdə 67 nəfər olub.
Son məlumata görə, 32 nəfər sağdır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin