“Çempionat matçından sonra “Sabah”la oyunu düşünəcəyik” – “Levski”nin baş məşqçisi

Bolqarıstanın “Levski” (Sofiya) komandasının baş məşqşçisi Xulio Velaskes çempionat matçında sonra UEFA Konfrans Liqasında “Sabah”la oyunu düşüşəcəklərini deyib.

Komanda.az xəbər verir ki, 43 yaşlı mütəxəssis bu barədə “Braqa”ya əlavə vaxtda uduzduqları (0:1) Avropa Liqasının 2-ci təsnifat mərhələsinin cavab oyunundan sonrakı mətbuat konfransında deyib.

O, məğlub olduqları komandanın büdcəsinə görə onlardan 11 dəfə böyük olduğunu bildirib:

“Çox ciddi klubla üz-üzə gəldik. Əla oyunlar keçirdik. Bəzi fürsətlərdən yararlana bilmədik. Futbolçulara və azarkeşlərə təşəkkür edirəm. İndi diqqətimizi bazar günü baş tutacaq çempionat qarşılaşmasına cəmləyəcəyik. Sonra yenidən avrokubok matçı haqqında düşünəcəyik”.

“Sabah” UEFA Konfrans Liqasının 3-cü təsnifat mərhələsində “Levski” ilə üz-üzə gələcək. Bakı təmsilçisi ilk oyunu avqustun 7-də səfərdə, cavab qarşılaşmasını isə 14-də evdə keçirəcək. “Levski” avqustun 3-də Bolqarıstan çempionatının 3-cü turunda “Slaviya” (Sofiya) ilə qarşılaşacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button