Çempion liderə qalib gəldi

Futzal üzrə Yüksək Liqada 3-cü dövrə start götürüb.

Komanda.az xəbər verir ki, lider 11-ci turda çempionla qarşılaşıb.

“Baku Fire” – “Araz-Naxçıvan” matçının taleyini 1 qol həll edib. Roman Adamov çempiona vacib qələbə qazandırıb. Bu nəticədən sonra “Araz-Naxçıvan” rəqiblə aradakı xal fərqini birə endirib.

“Neftçi” də “Baku Fire”in büdrəməsindən istifadə edib. “Ağ-qaralar” “Şuşa”ya 7:1 hesabı ilə qalib gəliblər. Eyni nəticə U-19-la “Yasamal Bakı”nın duelində qeydə alınıb. Yığma autsayderdən güclü olub.

Baku Fire – Araz-Naxçıvan 0:1
Qol
: Roman Adamov, 22:17.

Şuşa – Neftçi İK 1:7
Qollar
: Rüstəm Bağırov, 16:00 – Mortoza Haydari, 7:01, 19:14, Fərid Atakişiyev, 14:26, 34:32, Abdul Qafar, 18:33, 24:12, 39:18.

U-19 – Yasamal Bakı 7:1
Qollar
: Ədalət Ələkbərov, 9:53, 15:05, 37:16, Oqtay Mahmudzadə, 10:33, Rəvan Məşiyev, 12:57, Ümid Qəhrəmanov, 27:09, Rəvan Quliyev, 31:57 – Anar İsayev, 8:14.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button