Çempion dövrəni itkisiz başa vurdu
Azərbaycan Premyer Liqasının başa çatan 2018/2019 mövsümünün sonuncu – 4-cü dövrəsinin ən yaxşısı “Qarabağ” olub.
Komanda.az PFL-ə istinadən xəbər verir ki, ardıcıl 6-cı, ümumilikdə 7-ci dəfə Azərbaycan çempionu adını qazanan Ağdam təmsilçisi, sonuncu dövrənin bütün oyunlarında qələbə qazanıb.
7 turluq bölümdə xal itirməyən ağdamlılar hamıdan çox – 24 qol vurub, ən az – 3 top buraxıb. “Neftçi” dövrənin ikincisi, “Sumqayıt” isə üçüncüsü olub. “Keşlə” isə sonuncu 7 turun ən zəif komandasıdır.
Dövrənin 28 matçında 89 qol vurulub. Orta məhsuldarlıq 3,18-ə bərabər olub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin