
“Çelye”nin baş məşqçisi: “Bəli, düşünürəm ki, cütün güclü komandası bizik”
“Çelye” bu gün UEFA Avropa Liqasının 1-ci təsnifat mərhələsinin ilk oyununda “Sabah”ın qonağı olub.
Komanda.az xəbər verir ki, “Bank Respublika Arena”da keçirilən oyundan sonra Sloveniya təmsilçisinin baş məşqçisi Albert Rieranın mətbuat konfransı keçirilib. İspaniyalı mütəxəssis 3:2 hesabı ilə qalib gəldikləri oyunu belə şərh edib:
“Bəli, düşünürəm ki, cütün güclü komandası bizik. Bilmirəm, rəqibin baş məşqçisi bununla razılaşar, ya yox, amma meydanda baş verənlər bizim dominant olduğumuzu göstərdi. Hesab 2:2 də bitə bilərdi. Ancaq sonda qələbə qolunu vura bildik. Mövsümün ilk oyunu id, yorğunluq hiss olundu.
Ola bilər ki, hansısa futbolçu fərdi səhvlərə yol verə bilər. İstənilən ulduz oyunçu da fərdi səhvlərə yol verir. Əsas məsələ, komanda şəklində yaxşı çıxış etdik.
Qarşıda hələ bizi 90 dəqiqə gözləyir. İlk oyunun nəticəsi önəmli deyil. Növbəti oyuna hesabın 0:0 olması kimi hazırlaşacağıq.
Mənim üçün oyunçunun meydana nə vaxt daxil olması önəmli deyil. Bütün oyunçularıma eyni qaydada güvənirəm və bərabər səviyyədə baxıram. Ola bilər ki, cavab matçında müəyyən rotasiyalar edə bilərəm. Dediyim kimi, bütün oyuçularıma güvənirəm.
Biz hər şeyə hazırıq. Penalti seriyasına da eyni qaydada hazırlaşmışıq. Amma mən indidən bunun barəsində düşünmək istəmirəm. Təbii ki, bu baş verərsə, hesab iki oyunun sonunda bərabər bitərsə, buna da hazırıq”.
Tərəflər arasında cavab matçı iyulun 17-də, saat 22:00-da Sloveniyada start götürəcək.
Fəxri Rüstəmli
Bizi Facebook-da izləyin