
“Çelye” – “Sabah”: Biletlərin qiymətləri açıqlandı
UEFA Avropa Liqasının 1-ci təsnifat mərhələsində keçiriləcək “Çelye” (Sloveniya) – “Sabah” matçına biletlərin qiymətləri açıqlanıb.
Komanda.az Sloveniya klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, böyüklər üçün qiymətlər 15 avro olacaq. Uşaqlar üçün biletlərin qiymətləri isə 7 avro təşkil edəcək. Ancaq biletlər matç günü alınarsa, böyüklər 17 avro ödəməli olacaqlar. Oyun günü bilet alan uşaqlar üçün isə qiymətlərdə dəyişiklik edilməyəcək.
“Sabah” – “Çelye” oyunu iyulun 10-da, saat 20:00-da “Bank Respublika Arena”da keçiriləcək. Cavab görüşü iyulun 17-də, Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin