“Çelsi”yə “yox”, “Arsenal”a “hə”
“Şaxtyor”un (Donetsk) futbolçusu Mixail Mudrik “Çelsi”nin təklifinə baxmayaraq, “Arsenal”a keçmək istəyir.
Komanda.az xəbər verir ki, bu barədə insayder Nikolo Skira özünün “tvitter” səhifəsində yazıb.
Mudrik artıq 2028-ci ilə qədər şəxsi müqaviləyə razılaşdığı “topçular”a üstünlük verir. O, bonuslar istisna olmaqla, mövsümdə 5,5 milyon avro maaş alacaq. Bununla belə, “Arsenal” və “Şaxtyor” arasında hələlik razılıq əldə olunmayıb.
Daha əvvəl deyilirdi ki, “Şaxtyor”un idman direktoru Dario Srna yanvarın 5-də “Çelsi” ilə danışıqlar aparacaq.
22 yaşlı Mudrik bu mövsüm “Şaxtyor”un heyətində 18 oyunda 10 qol vurub və 8 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin