“Çelsi”yə uyğun gələn yeganə baş məşqçi Zidandır”

“Arsenal”ın keçmiş futbolçusu Pol Merson hesab edir ki, “Çelsi”yə fransalı mütəxəssis Zinəddin Zidan rəhbərlik etməlidir.

Komanda.az “Sky Sports”-a istinadən xəbər verir ki, keçmiş futbolçu, Zidanın “Çelsi”yə uyğun gələn yeganə məşqçi olduğunu bildirib:

“Çelsi”yə uyğun gələn yeganə baş məşqçi Zinəddin Zidandır. O, əfsanədir. O, böyük futbolçu idi və sonra “Real”da yaxşı işlədi. Zidan beş il bir yerdə işləməkdə maraqlı deyil. O, hər şeyə bir anda nail olmaq istəyir”.

Sentyabrın 7-də Tomas Tuxel “Çelsi”nin baş məşqçi postundan istefaya göndərilib. “Çelsi” İngiltərə Premyer Liqasının 6 turundan sonra 10 xalla turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb. Komanda Çempionlar Liqasının qrup mərhələsinin 1-ci turunda Zaqreb “Dinamo”suna uduzub (0:1).

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button