“Çelsi”yə keçidim alınmadığı üçün “Fənərbaxça”nı seçdim”
Braziliyalı sabiq futbolçu Roberto Karlos karyerası ilə bağlı açıqlama verib.
Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, 47 yaşlı sabiq futbolçu, 2007-ci ildə “Çelsi”dən təklif aldığını bildirib:
“Real”dan ayrıldıqdan sonra iki təklif vardı, “Çelsi” və “Fənərbaxça”dan. “Çelsi”yə keçidim alınmadığı üçün “Fənərbaxça”nı seçdim. Amma “Çelsi”yə keçməyə çox yaxın idim. Bütün şərtlər qəbul edildi və sadəcə ora gedib müqaviləyə imza atmaq qalmışdı. “Fənərbaxça”ya keçməmişdən bir həftə əvvəl “Çelsi”nin prezidenti Roman Abramoviç və idman direktoru ilə görüşmək üçün Parisə getdim. Təəssüf ki, son anda keçid alınmadı. Futbolda belə hallar olur”.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin