
Lempard “Çelsi”nin uğurlu olacağına şübhə edir
“Çelsi”nin sabiq baş məşqçisi Frenk Lempard klubdakı mövcud vəziyyəti dəyərləndirib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, komanda haqda bunu deyib:
“Qeyri-sabitlik qaçılmazdır. “Çelsi” dominant olduqda, oyunçular kifayət qədər həlledici olmaya bilər. Belə anlarda oyunun onlara qarşı dəyişə biləcəyi hissi yaranır. Komandanın əsas vəzifələrdə təcrübəsi olduğuna şübhə edirəm, lakin istedad açıq-aydın ortadadır”.
Premyer Liqanın ilk iki turunda iki məğlubiyyətlə üzləşən “Çelsi” “Kristal Pelas”la 1:1 hesablı heç-heçə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin