“Çelsi”də itki – 10 gün olmayacaq
“Çelsi”nin zədəli futbolçusu Kristian Pulişiçin yaşıl meydanlara qayıdacağı vaxt məlum olub.
Komanda.az xəbər verir ki, bu barədə “zadəganlar”ın baş məşqçisi Tomas Tuxel Premyer Liqanın 4-cü turunun “Aston Villa” ilə matçından əvvəl baş tutan mətbuat konfransında deyib. O, amerikalı yarımmüdafiəçinin azı 10 gün sonra məşqlərə başlayacağını bildirib.
Pulişiç ABŞ milli komandasının düşərgəsində zədələnib.
Bu gün keçiriləcək “Çelsi” – “Aston Villa” matçı saat 20:30-da start götürəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin