
“Çelsi”nin yeni mövsüm üçün səfər forması – FOTO
“Çelsi” 2022/23 mövsümü üçün yeni səfər formasını təqdim edib.
Komanda.az xəbər verir ki, yeni forma ağ rəngdədir. Formanın ön tərəfində mavi zolaqlar var. “Zadəganlar”ın yeni formanı ilk dəfə ABŞ-a mövsümöncəsi tur zamanı nümayiş etdirəcəyi gözlənilir.
“Çelsi” ötən mövsüm 38 oyunda 74 xal toplayıb və Premyer Liqanı 3-cü pillədə başa vurub. Komanda yeni mövsümün ilk turunda səfərdə “Everton”la qarşılaşacaq. Oyun avqustun 6-da keçiriləcək.

Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin