
“Çelsi”nin transfer siyahısında 3 hücumçu var
“Çelsi” Viktor Gyokereş, Benjamin Şesko və Liam Delapla maraqlanır.
Komanda.az “GiveMeSport”-a istinadən xəbər verir ki, londonlular bu yay hücum xəttini gücləndirməyi planlaşdırır.
Əsas namizəd Lissabon “Sportinq”inin forvardı Viktor Gyokereşdir. Bildirilir ki, isveçli futbolçunun müqaviləsində nəzərdə tutulan 84 milyon funt-sterlinqlik şərtə baxmayaraq, Portuqaliya klubu onu 58 milyon funt-sterlinqə satmağa razı olacaq.
“Çelsi” alternativ olaraq “Leyptsiq”dən 21 yaşlı Şeşko və “İpsviç”dən 22 yaşlı Delapı nəzərdən keçirir. Londonluların rəhbərliyi heç də yaxşı olmayan nəticələrə baxmayaraq, baş məşqçi Enzo Mareskanı dəstəkləyir.
26 yaşlı Gyokereş bu mövsüm bütün turnirlərdə 34 oyun keçirib, 34 qol vurub və 7 məhsuldar ötürmə edib.
Bizi Facebook-da izləyin