“Çelsi” 2 futbolçusunu satmağı planlaşdırır

“Çelsi” yay transfer pəncərəsində komandanın iki futbolçusunu satmağı planlaşdırır.

Komanda.az “The Times”-a istinadən xəbər verir ki, klub maliyyə feyr-pley qaydalarına riayət etmək üçün komandanın kapitanı Ris Ceyms və yarımmüdafiəçi Konor Qallaherlə yollarını ayırmağı planlaşdırır.

Oyunçuların satışı londonlulara xalis qazanc əldə etməyə imkan verəcək. Çünki əvvəllər alınmış oyunçuların mümkün satışı ilə bağlı vəziyyətlərdən fərqli olaraq, yalnız gəlirlər maliyyə hesabatlarında qeyd olunacaq.

Maurisio Poçettinonun komandası Premyer Liqanın turnir cədvəlində 40 xalla 11-ci pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button