
“Çelsi”nin yayda əsas transfer hədəfi odur
“Çelsi”nin yay transfer pəncərəsində prioritet hədəfi məlum olub.
Komanda.az “Diario Sport”-a istinadən xəbər verir ki, İngiltərə klubu qarşıdan gələn transfer pəncərəsi üçün əsas hədəf olaraq “Barselona”nın müdafiəçisi Jül Kundeni müəyyənləşdirib.
26 yaşlı futbolçu bu mövsüm bütün turnirlərdə 44 matçda meydana çıxıb, 3 qol vurub və 8 məhsuldar ötürmə edib. Onun “Barselona” ilə hazırkı müqaviləsi 2027-ci ilə qədərdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin