
“Çelsi”nin xoşagəlməz rekordu
“Çelsi” UEFA Çempionlar Liqasının 2022/2023 mövsümünün qrup mərhələsinin 2 turundan sonra xoşagəlməz rekordla yadda qalıb.
Komanda.az xəbər verir ki, “zadəganlar” sentyabrın 14-də, “Zalsburq”la ev matçında heç-heçə edib (1:1). Bundan əvvəl isə londonlular ilk turda Zaqreb “Dinamo”suna 0:1 hesabı ilə məğlub olmuşdu.
Bununla da, 1999/2000-ci il mövsümündən bəri ilk dəfə “Çelsi” Çempionlar Liqasının qrup mərhələsinin ilk iki oyununda qalib gələ bilməyib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin