“Çelsi”nin Xavi planı

“Çelsi” “Leyptsiq”in yarımmüdafiəçisi Xavi Simonsun transferində maraqlı olaraq qalır.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Almaniya klubu niderlandlı futbolçu ilə yalnız müəyyənləşdirilmiş məbləğ – 70 milyon avro müqabilində vidalaşmağa hazırdır. Ancaq danışıqlar zamanı “Çelsi”nin bəzi oyunçularının transferə daxil edilə biləcəyi istisna olunmur.

Xüsusilə, sözləşmədə “Çelsi”nin hücumçusu, “Leyptsiq”in keçmiş futbolçusu Kristofer Nkunkunun adı hallanır.

22 yaşlı futbolçu ötən mövsüm Bundesliqada 25 oyunda meydana çıxıb, 10 qol vurub və 7 məhsuldar ötürmə ilə yadda qalıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button