Droqba: “Fənərbaxça” ilə oyunda irqçiliyə məruz qaldım”
“Çelsi”nin və “Qalatasaray”ın sabiq futbolçusu Didye Droqba Fransa mətbuatına müsahibə verib.
Komanda.az xəbər verir ki, keçmiş hücumçu, Türkiyədə çıxış etdiyi vaxtlarda irqçiliyə məruz qaldığını etiraf edib:
“Fənərbaxça” ilə oyunda irqçiliyə məruz qaldım. Lakin buna fikir vermədim. Fransada “Marsel”də çıxış edərkən də belə hallar olmuşdu və yenə də fikir verməmişdim. Belə cahil insanlar hər yerdə var. İrqçiliyə fikir vermirəm, çünki bunun cahillik olduğunu başa düşəcək ağıldayam”.
Droqba 2013-2014-cü illərdə “Qalatasaray”da çıxış edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin