“Çelsi”nin təklifini geri çevirib – ÇL-də çıxış etmək istəyir

“Brayton”un yarımmüdafiəçisi Moyses Kaysedo “Çelsi”nin təklifini geri çevirib. Buna səbəb onun “Arsenal”la razılıq əldə etməsidir.

Komanda.az “Tera Deportes”-ə istinadən xəbər verir ki, 21 yaşlı futbolçu Çempionlar Liqasında (ÇL) çıxış etmək istədiyi üçün “zadəganlar”ın yüksək məbləğli transfer təklifini qəbul etməyib.

“Brayton” Kaysedonu 100 milyon avrodan aşağı qiymətə satmağı düşünmür.

Xatırladaq ki, “Arsenal” 2022/23 mövsümünü 84 xalla 2-ci, “Çelsi” isə 44 xalla 12-ci pillədə başa vurub. “Topçular” 2023/24 mövsümündə Çempionlar Liqasında çıxış edəcək, “zadəganlar” isə avrokublardan kənarda qalacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button