“Bu, “Çelsi”nin son 10-15 ildə vərdiş etdiyi şeydir”

“Liverpul”un keçmiş futbolçusu Cimi Karrager “Çelsi”nin transfer siyasəti ilə bağlı fikirlərini bildirib.

Komanda.az “Sky Sports”-a istinadən xəbər verir ki, o, “zadəganlar”ı qış transfer pəncərəsinin ən aktiv klubu kimi görür:

“Çelsi” qış transfer pəncərəsinin ən aktiv komandası ola bilər. Hiss olunur ki, London klubu dünyanın bütün oyunçuları üçün mübarizə aparır.

Məncə, bu, Roman Abramoviçin Premyer Liqaya yeni gəldiyi dövrə bənzəyir. Sonra düşündüm ki, o, klubdan ayrılanda, bəlkə də, transfer siyasəti dəyişər. Deyəsən, heç nə dəyişmədi.

“Çelsi” ən yaxşı oyunçuları kluba gətirmək üçün çoxlu pul xərcləyir. Bu, onların son 10-15 ildə vərdiş etdiyi şeydir”.

“Çelsi” hazırda İngiltərə Premyer Liqasının turnir cədvəlində 9-cu pillədə qərarlaşıb. 19-cu turda “zadəganlar”ın rəqibi “Mançester Siti” olacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button