“Çelsi”nin satmaq istədiyi oyunçu

“Çelsi”nin yarımmüdafiəçisi Kernan Devsburi-Hall komandasını dəyişə bilər.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, təkcə kluba deyil, həm də futbolçuya uyğun gələn yaxşı təklif olarsa, “Çelsi” yanvarda onu buraxacaq. Londonluların rəhbərliyi dekabrda transfer bazarında olması barədə Kernana məlumat verib.

O, bu mövsüm “Çelsi”nin heyətində 5 oyun keçirib, 55 dəqiqə meydanda olub. Onun klubla hazırkı müqaviləsi 30 iyun 2029-cu ilə qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button