“Çelsi”nin satış günü bilindi
“Çelsi” rəhbərliyi klubun ABŞ-dan olan iş adamları Todd Boeli, Mark Uolter, isveçrəli milyarder Hansyorq Viss və “Clearlake Capital” investisiya şirkətindən ibarət qrupa satılmasını təsdiqləyə bilər.
Komanda.az xəbər verir ki, bu barədə “Çelsi”nin rəsmi saytı məlumat yayıb. Müqavilənin bazar ertəsi imzalanacağı gözlənilir.
İngiltərə hökuməti ölkədəki aktivləri dondurulan “Çelsi”nin keçmiş sahibi Roman Abramoviçin klubun satışından heç bir fayda görməyəcəyinə dair hüquqi təminat aldıqdan sonra müqaviləni təsdiqləyib. Müqavilə 4,25 milyard funt sterlinq (təxminən 5 milyard avro) təşkil edir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin