Abramoviç Qrantı “Çelsi”yə qaytarır
“Çelsi”nin keçmiş baş məşqçisi Avram Qrant yenidən London klubunda çalışa bilər.
Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, “zadəganlar”ın sahibi Roman Abramoviç uğursuz nəticələr səbəbiylə Qrantı məşqçi kimi kluba qaytarmaq istəyir. Məlumata görə, Qrant tezliklə baş məşqçi Frenk Lempardın köməkçisi təyin edilə bilər. Klub sahibi Qrantın bilik və təcrübəsi ilə Lemparda kömək edə biləcəyini düşünür.
65 yaşlı mütəxəssis hazırda “Nort-İst Yunayted”in idman direktorudur.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin