“Çelsi”nin sahibi Mareskanı təriflədi

“Çelsi”nin sahibi Todd Boeli baş məşqçi Enzo Mareskanın komandadakı işindən razıdır.

Komanda.az “talkSPORT”-a istinadən xəbər verir ki, klub rəhbəri Mareskanı öz işinin ustası adlandırıb:

“Uşaqlarımız üçün daha yaxşı nəticəni xəyal edə bilməzdik, onlar əla iş gördülər. Həqiqətən də, Enzonun rəhbərliyi altında Klublararası dünya çempionatında birləşdilər.

Düşünürəm ki, Mareska öz işinin ustasıdır”.

“Çelsi” italiyalı məşqçinin rəhbərliyi altında ilk mövsümündə Konfrans Liqası və Klublararası dünya çempionatının qalibi olub, həmçinin, Premyer Liqada mövsümü 4-cü yerdə başa vuraraq, Çempionlar Liqasına vəsiqə qazanıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button