“Çelsi”nin sabiq üzvü Türkiyə klubunda
Türkiyənin “Qaziantepspor” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Komanda.az xəbər verir ki, yeni mövsümdən Super Liqada oynamaq hüququ qazanan bu klub Fransa təmsilçisi “Genqam”dan müdafiəçi Papi Cilobocini transfer edib.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 31 yaşlı seneqallı futbolçu ilə 2 illik müqavilə imzalanıb.
Ciloboci daha öncə “Nant”, “Çelsi”, “Verder”, “Sanderlend” kimi klublarda da forma geyinib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin