“Çelsi”nin sabiq futbolçusu karyerasını başa vurdu
Futbol üzrə Nigeriya milli komandasının sabiq yarımmüdafiəçisi Con Obi Mikel karyerasını başa vurduğunu bəyan edib.
Komanda.az xəbər verir ki, təcrübəli futbolçu 35 yaşında futboldan getdiyini sosial şəbəkə hesabında açıqlayıb.
Obi Mikelin sonuncu iş yeri Küveytin “Əl-Küveyt” klubu olub. O, bu komandanı 2021-ci ilin noyabrında tərk edəndən bəri işsiz idi.
Dayaq yarımmüdafiəçisi olan Obi Mikel peşəkar karyerasına Norveçin “Lyun” klubunda başlayıb. O, 2006-cı ildə məhz bu klubdan “Çelsi”yə transfer olunub. Nigeriyalı oyunçu düz 11 il London təmsilçisinin uğurları üçün çalışıb. “Çelsi”dən ayrılandan sonra isə o, “Tianjin TEDA”, “Midlsbro”, “Trabzonspor” və “Stoke Siti” klublarının formasını geyinib. Yarımmüdafiəçi Nigeriya yığmasında 91 oyuna çıxıb və 6 qola imza atıb.
Bizi Facebook-da izləyin