“Mourinyo müqaviləmi cırdı və mənə “fikrimi dəyişdirdim” dedi”
“Çelsi”nin sabiq futbolçusu Qlen Conson portuqaliyalı mütəxəssis Joze Mourinyo ilə işlədikləri vaxtlarda yaşadıqları problemlərdən danışıb.
Komanda.az xəbər verir ki, keçmiş müdafiəçi, Mourinyonun möhtəşəm baş məşqçi olduğunu deyib:
“Mourinyo möhtəşəm bir baş məşqçidir və bir oyunçunun da istədiyi budur. Yenə də, ikinci mövsüm çempion olduğumuzda mənə az şans verirdi. Mən 20 yaşında idim və hazır olduğumu bilirdim.
Bir gün ona “Lion”a gedəcəyimi dedim. Gənc bir futbolçu olaraq bu yaşda ölkə xaricinə yollanmaq istəyimi təəccüblə qarşılamışdı. Mən müqaviləni imzalasam da o, getməyimi istəmirdi. Mourinyo müqaviləmi cırdı və mənə “fikrimi dəyişdirdim” dedi. Mənim Premyer Liqada qalmağımı istəyirdi və mən də “Portsmut”a getdim, bacarıqlarımı göstərmək imkanı qazandım”.
Conson və Mourinyo ilə 2004-2006-cı illərdə “Çelsi”də birlikdə çalışıb.
Bizi Facebook-da izləyin