Almaniya millisinin sabiq üzvü Səudiyyə Ərəbistanında
“Çelsi”nin sabiq futbolçusu Marko Marinin yeni iş yeri bilinib.
Komanda.az xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçi “Əl Əhli” klubuna transfer olunub. Bu barədə Səudiyyə Ərəbistanı təmsilçisinin rəsmi saytı məlumat yayıb. Marinlə imzalanan müqavilənin detalları açıqlanmayıb.
Karyerası ərzində “Çelsi”, “Sevilya”, “Ayntaxrt (Frankfurt), “Trabzonspor” kimi klublarda forma geyinən yarımmüdafiəçinin son iş yeri Serbiya “Srvena Zvezda”sı olub. Marko Marin 16 dəfə də Almaniya millisinin formasını geyinib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin