Oskar Çin millisində oynamaq istəyir

“Çelsi”nin sabiq futbolçusu, hazırda “Şanxay SİPQ”-də çıxış edən Oskar Çin millisində forma geyinə bilər.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə 28 yaşlı yarımmüdafiəçi özü açıqlama verib:

“İndi Çində oynadığım üçün Braziliya millisinə çağırılmağım çətindir. Amma hər kəs burada nə qədər yaxşı oynadığımı görür.

Çin millisinin yaxşı yarımmüdafiəçiyə ehtiyacı var. Məncə, bu məsələdə onlara kömək edə bilərəm. Çini sevirəm”.

Oskar 2017-ci ildə “Çelsi”dən “Şanxay SİPQ”-ə 60 milyon avro qarşılığında transfer olunmuşdu. Yarımmüdafiəçi 48 dəfə Braziliya yığmasının formasını geyinib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button