
“Çelsi”nin sabiq futbolçusu Çempionşip klubunda
“Çelsi”nin sabiq futbolçusu Con Obi Mikel yenidən İngiltərəyə qayıdıb.

Komanda.az xəbər verir ki, 31 yaşlı yarımmüdafiəçi Çempionşip təmsilçisi “Middlsbro”ya transfer olunub. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Mikellə mövsümün sonuna qədər müqavilə imzalanıb.
2006-2017-ci illər aralığında “Çelsi”də forma geyinən Mikel, son olaraq, Çinin “Tyanszin Teda” klubunun uğurları üçün çalışıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin