“Çelsi” transferlərlə bağlı qərar verib
“Çelsi”nin rəhbərliyi gələn yay üçün transfer hədəfləri ilə bağlı qərar verib.
Komanda.az “Blue Footy”-yə istinadən xəbər verir ki, londonlular cinahda hücumameyilli yarımmüdafiəçi ilə yanaşı, mərkəz hücumçusu da almağa hazırlaşır. Klub rəsmiləri hazırda müvafiq qısa siyahının formalaşdırılması üzərində işləyirlər.
İngiltərə Premyer Liqasının 24 turundan sonra aktivində 43 xal olan “Çelsi” turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb. Enzo Mareskanın komandası ölkə çempionatının növbəti oyununda “Brayton”a qarşı qüvvəsini sınayacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin