O, qışda “Çelsi”ni tərk edə bilər

Benjamin Çiluell “Çelsi”nin əsas heyətinə qayıdıb. O, qışda onu satmağı asanlaşdırmaq üçün komanda ilə hazırlaşır.

Komanda.az “The Sun”-a istinadən xəbər verir ki, ingiltərəli futbolçuya “Kristal Pelas” və “İpsviç” iddia edir. Adları çəkilən klublar hətta qışda da müqaviləni imzalamağa hazır olacaqlar.

Bu səbəbdən, baş məşqçi Enzo Mareska Çiluelldən bir az daha tez-tez yararlanmağı planlaşdırır. O, başa düşür ki, altı ay məşq etmədən oynayan futbolçudan qurtulmaq çox çətin məsələdir. Həmçinin onu da əlavə etmək olar ki, 28 yaşlı müdafiəçi UEFA Konfrans Liqasında iştirak etməyəcək, ancaq kubok matçlarında şans qazana bilər.

Çiluellin bu yay satılması planlaşdırılırdı. Bu səbəbdən, o, hələ bu mövsüm “Çelsi”də oynamayıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button