“Çelsi” argentinalı futbolçunun transferini planlaşdırır

“Çelsi” “Mançester Yunayted”in vingeri Alexandro Qarnaçonu transfer etməyi planlaşdırır.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, bu keçidin baş tutması üçün müəyyən şərtlər yerinə yetirilməlidir.

London klubu əvvəlcə “Leyptsiq”dən Xavi Simonsun keçidini rəsmiləşdirmək niyyətindədir. Avqustda isə diqqət Qarnaçonun transferinə yönələ bilər. Ancaq “Çelsi” bu transfer üçün əvvəlcə Kristofer Nkunku və Rahim Sterlinqlə yollarını ayırmalıdır.

Bundan əlavə, “Mançester Yunayted”in 21 yaşlı argentinalı futbolçu üçün tələb etdiyi məbləğ də “Çelsi” üçün uyğun olmaya bilər. Onlar bu keçid üçün maksimum 35 milyon avro ödəməyə hazırdır.

“Qırmızı şeytanlar”ın baş məşqçisi Ruben Amorim Qarnaçonu əsas heyətdə görmür və bu da oyunçunun ayrılmasını sürətləndirə bilər.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button