“Çelsi”nin qapıçısı derbidə olmayacaq
“Çelsi”nin qapıçısı Kepa Arrisabalaqa “Arsenal”a qarşı İngiltərə Premyer Liqasının 15-ci turunun oyununda olmayacaq.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə “şəhərlilər”in baş məşqçisi Qrem Potter Xorvatiya “Dinamo”suna (Zaqreb) 2:1 hesabı ilə qalib gəldikləri Çempionlar Liqasının qrup mərhələ oyunundan sonra məlumat verib.
Baş məşqçi, 28 yaşlı qapıçının hələlik zədəsini tam sağaltmadığını və “Arsenal”la matça hazır olmayacağını bildirib.
Noyabrın 6-da keçiriləcək “Çelsi” – “Arsenal” oyunu saat 16:00-da başlayacaq.
Bizi Telegramda izləyin
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin