Potterə görə məyus olub
“Çelsi”də baş məşqçi səlahiyyətlərini icra edən Bruno Saltor Qrem Potterin qovulmasını şərh edib.
Komanda.az “Goal”-a istinadən xəbər verir ki, o, ingiltərəli mütəxəssisin istefaya göndərilməsini məyusluqla qarşılayıb:
“Çelsi”nin planı uzunmüddətli layihə yaratmaqdır. Potter də, biz də bunun bir hissəsi idik. Məncə, klubun istəyi dəyişməyib. Bəli, Potter işindən uzaqlaşdırıldığı üçün məyus oldum.
Hazırda bütün diqqətimizi “Liverpul”la oyuna yönəltməliyik. Keçmişdə baş verən hadisələr haqda olan düşüncələr indi mənə kömək etmir”.
“Zadəganlar” aprelin 2-də Qrem Potterin istefasını elan edib. 47 yaşlı mütəxəssis 2022-ci ilin sentyabrından komandaya rəhbərlik edirdi.
İngiltərə Premyer Liqasının 8-ci turundan təxirə salınan “Çelsi” – “Liverpul” matçı bu gün, saat 23:00-da başlayacaq.
Bizi Facebook-da izləyin