“Çelsi”nin planlarına daxil olmadığımı mənə açıq şəkildə dedilər”
“Arsenal”ın yarımmüdafiəçisi Jorjinyo qış transfer pəncərəsində “Çelsi”ni niyə tərk etdiyini açıqlayıb.
Komanda.az DAZN-a istinadən xəbər verir ki, italiyalı futbolçu “Çelsi”nin planlarına daxil olmadığını bildirib:
“Çelsi” rəhbərliyi ilə danışdım. Klubun planlarına daxil olmadığımı mənə açıq şəkildə dedilər. Bəzən layihənin bir hissəsi olmadığını qəbul etməlisən. Hər şey nə vaxtsa sona çatır. Mən karyeramda inkişaf istəyirdim və “Arsenal”ın layihəsi mənə uyğun gəlirdi, onların ideyalarını bəyəndim”.
31 yaşlı Jorjinyo “Arsenal”la 2024-cü ilə qədər nəzərdə tutulan müqavilə imzalayıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin