“Çelsi”nin oyununu “iyrənc” adlandırdı
“Mançester Yunayted”in sabiq müdafiəçisi, futbol eksperti Qari Nevill Premyer Liqanın 34-cü turu çərçivəsində keçirilən “Arsenal” – “Çelsi” matçını şərh edib.
Komanda.az “Sky Sports”-a istinadən xəbər verir ki, keçmiş futbolçu “Çelsi”nin oyununu “iyrənc” adlandırıb:
“Çelsi” iyrənc futbol nümayiş etdirdi. Mən kağız üzərində bu qədər olan güclü komandanın belə pis oynadığını görməmişdim. İlk yarı tam qarışıqlıq idi. Bu səviyyəli oyunçular bu qədər aşağı enməməlidirlər. Bu performansı biabırçılıq adlandırmaq olar”.
“Çelsi” “Arsenal”a 1:3 hesabı ilə məğlub olub. “Zadəganlar” hazırda Premyer Liqanın turnir cədvəlində 12-ci yerdədir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin