“Çelsi”nin oyunçusu İtaliya klublarına təklif olunub
“Çelsi”nin müdafiəçisi Renato Veyqa İtaliya A Seriyasındakı klublardan birinə keçə bilər.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 21 yaşlı futbolçunun xidməti agent vasitəsilə “Yuventus” və “Napoli”yə təklif olunub.
Söhbət icarədən gedir. “Çelsi”nin çalışdırıcısı Enzo Mareska portuqaliyalı oyunçunun perspektivini yüksək qiymətləndirir, ancaq komandada daimi oyun praktikasının olmaması səbəbindən onun gedişi istisna deyil.
Veyqa bu mövsüm “Çelsi”nin heyətində 17 oyuna çıxıb, 2 qol vurub və 1 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin