
“Çelsi” qəzada ölən futbolçuların ailələrinə maliyyə yardımı edəcək
“Çelsi”nin futbolçuları Dieqo Jota və Andre Silvanın ailəsinə yardım etməyə qərar veriblər.
Qardaş olan hər iki oyunçu iyulun 3-də İspaniyada baş verən yol-nəqliyyat qəzasında həyatını itirib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “Çelsi” Klublararası dünya çempionatında qələbə qazandıqdan sonra oyunçulara təxminən 15,5 milyon dollar bonus ayırıb. Bu məbləğ futbolçular arasında bərabər paylanacaq, ancaq həm klub, həm də oyunçular birgə qərara gəliblər ki, vəsaitin bir hissəsi Jota və Silvanın ailəsinə göndərilsin.
“Çelsi” ötən ay Klublararası dünya çempionatının finalında PSJ-ni 3:0 hesabı ilə məğlub etmişdi.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin