Poçettino futbolçusu haqda: “Çelsi”nin ona böyük ümidləri var”
“Çelsi”nin baş məşqçisi Maurisio Poçettino hücumçu Nikolas Ceksonun çıxışını yüksək qiymətləndirir.
Komanda.az BBC-yə istinadən xəbər verir ki, o, futbolçu haqqında bunları deyib:
“Afrika kuboku səfərinə görə bir ay onsuz qalacağıq. Ceksonu digər oyunçularla müqayisə etsəz, o, az qol vururdu. Onu qınamaq olmaz, biz bir komandayıq. O, gəncdir və “Çelsi”nin ona böyük ümidləri var”.
22 yaşlı hücumçu “Çelsi”yə 2023-cü ilin iyulunda “Vilyarreal”dan keçib. Onun transfer məbləği 37 milyon avro olub. Oyunçunun klubla müqaviləsi 2031-ci ilin yayına kimi nəzərdə tutulub. Cekson bu mövsüm 21 oyun keçirib, 8 qol vurub və 1 məhsuldar ötürmə edib.
“Çelsi” 18 turdan sonra Premyer Liqada 22 xalla 10-cu pillədə qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin