“Çelsi”nin “Napoli” ilə danışıqları dalana dirənib
“Çelsi”nin futbolçusu Çezare Kasadeinin komandada qalma ehtimalı yüksəkdir.
Komanda.az “Gazzetta dello Sport”-a istinadən xəbər verir ki, London klubunun yarımmüdafiəçinin transferinə görə “Napoli” ilə danışıqları dalana dirənib. Buna səbəb ingilislərin italiyalı oyunçunun satışından ən azı 15 milyon avro əldə etmək istəməsi olub. “Napoli” bu təkliflə razılaşmır.
21 yaşlı yarımmüdafiəçi bu mövsüm “Çelsi”nin 6 matçında iştirak edib. Ancaq onlardan heç biri Premyer Liqa matçına təsadüf etməyib. O, 2022-ci ilin avqustunda “İnter”dən İngiltərə klubuna keçib, transfer təxminən 15 milyon avro təşkil edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin