“Çelsi”nin Koutinyo həmləsi

İcarə əsasında “Bavariya”da çıxış edən “Barselona”nın futbolçusu Filippe Koutinyo karyerasını İngiltərədə davam etdirə bilər.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, braziliyalı futbolçu “Çelsi”nin maraq dairəsindədir. “Zadəganlar” mövsümün sonunda Koutinyonu transfer etməyə çalışacaq. London klubunun danışıqlara başladığı bildirilir.

“Barselona” da “Bavariya” ilə icarə müqaviləsi mövsümün sonunda bitəcək futbolçunu satmaq niyyətindədir.

Koutinyonun “Barselona” ilə müqaviləsi 2023-cü ilin yayınadək nəzərdə tutulub. Onun “Mançester Yunayted”, “Arsenal” və “Tottenhem” kimi klubların da maraq dairəsində olduğu bildirilir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button