Kenyon və 300 milyon funt-sterlinqlik plan
“Çelsi”nin keçmiş icraçı direktoru Piter Kenyon “Nyukasl” klubunda işləyə bilər.
Komanda.az xəbər verir ki, bu barədə “Daily Mail” nəşri məlumat yayıb. ABŞ-ın “GASP Sports” şirkəti “Nyukasl” klubunu satın almaq üçün 300 milyon funt-sterlinq ödəməyə hazırdır. Ancaq bu məbləğin 125 milyonunu əvvəlcə, qalan pulu isə üç il ərzində ödəmək niyyətindədir. “GASP Sports” “Nyukasl”ın səhmlərini alsa, Kenyon klubun direktoru vəzifəsini icra edəcək.
“GASP Sports” Fransanın “Bordo” klubunun da səhmlərinə sahibdir.
“Nyukasl” klubu 2017-ci ildə satışa çıxarılmışdı. Amanda Steyvli adlı biznesmen klubu 250 milyon funt-sterlinqə satın almaq istəsə də, Premyer Liqa təmsilçisinin hazırkı sahibi Maykl Eşli bu məbləğə qane olmamışdı.
Piter Kenyon 2003-2009-cu illər aralığında “Çelsi”də çalışıb.
Bizi Facebook-da izləyin