İngiltərəli məşqçi öz xidmətini “Roma”ya təklif edib
“Çelsi”nin keçmiş baş məşqçisi Qrem Potter tezliklə özünə İtaliyada iş tapa bilər.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, ingilis mütəxəssis öz xidmətini bu gün Daniele de Rossini qovan “Roma”ya təklif edib.
Potter “Çelsi”dən qovulduğu 2023-cü ilin yazından bəri işsizdir. O, londonluların baş məşqçisi kimi 6 ay işləyib. Bundan əvvəl Potter İngiltərə millisinin baş məşqçisi postuna favoritlərdən biri hesab olunurdu.
“Roma”nın baş məşqçi postuna Dortmund “Borussiya”sının sabiq çalışdırıcısı Edin Terziç də namizəddir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin