“Çelsi”nin keçmiş baş məşqçisi ABŞ millisi ilə anlaşıb

“Çelsi”nin keçmiş baş məşqçisi Maurisio Poçettino yeni iş tapmağa yaxındır.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, argentinalı mütəxəssis ABŞ millisinə rəhbərlik etməyə razılaşıb.

Poçettino ötən mövsümün sonunda rəhbərliklə qarşılıqlı razılaşma əsasında “Çelsi”dən ayrılmışdı. London klubu argentinalı mütəxəssisin rəhbərliyi altında İngiltərə Premyer Liqasını 6-cı pillədə başa vurub. O, əvvəllər heç vaxt milli komanda çalışdırmayıb.

Maurisio Poçettino bundan əvvəl “Espanyol”, “Sauthempton”, “Tottenhem” və PSJ-nin baş məşqçisi kimi də çalışıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button