“Çelsi”nin Kaysedo həmləsi baş tutmadı – Alternativ variantları var
PSJ-nin yarımmüdafiəçisi Leandro Parades karyerasını “Çelsi”də davam etdirə bilər.
Komanda.az “Standard”-a istinadən xəbər verir ki, “zadəganlar” “Brayton”dan yarımmüdafiəçi Moyses Kaysedonu transfer edə bilmədiyi üçün diqqətini argentinalıya yönəldib.
Parades başa çatan mövsümü icarə əsasında “Yuventus”da keçirib. Leandro bütün turnirlər daxil olmaqla 35 oyuna çıxıb, bir qol vurub və bir qolun məhsuldar ötürməsini edib.
Xatırladaq ki, “Atletiko”, “Latsio” və “Qalatasaray”ın futbolçunu transfer etməkdə iddialıdır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin